Moldova KİV-ləri: Qeyri-qanuni erməni silahlıları 10 noyabr Bəyanatının müddəalarını kobud surətdə pozublar - FOTOLAR

A- A A+

Moldovanın nüfuzlu KİV-ləri Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı haqqında geniş məlumat yayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Point", "Noi", "Tv8", "Agna" və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.

Məqalələrdə qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2020-ci il 10 noyabr tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədiblər.

Azərbaycan Ordusu bölmələrinin isə keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: