Çin Qarabağdakı gərginliyə münasibət bildirib

A- A A+

Çin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində və Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə münasibət bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin danışıb.

O, Ermənistan və Azərbaycanı gərginlikdən qaçmağa çağırıb. “İrəvan və Bakı Pekinin dost tərəfdaşlarıdır. Durum daha da gərginləşmədən, siyasi həll yolunun tapılacağını arzulayırıq”, - o söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: