Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media orqanlarına müsahibə verib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində avqustun 9-da bu ölkənin aparıcı media orqanları müsahibə verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazir Ceyhun Bayramov “TRT World”, habelə “Hürriyyət”, Anadolu Agentliyi, “Haber Global” və “Daily Sabah”ın müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə bölgədə sülh və əmin-amanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, üçtərəfli bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi, Zəngəzur dəhlizi üzrə işlər, Şuşa Bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.

Nazir media nümayəndələrinə Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi və çoxsaylı əməkdaşlıq istiqamətləri, bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, habelə mina təhlükəsi barədə məlumat verib, digər qarşılıqlı maraq doğuran sahələrdə müzakirə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: