Hulusi Akar: Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir

235

Azərbaycan bizim dostumuz, can qardaşımızdır. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün 30 ilə yaxın danışıqlar apardı. Ölkə ərazisinin 20 faizi işğal altında idi, çox sayda məcburi köçkünü var idi. Lakin bütün bunlara baxmayaraq, dünya bu hadisəyə biganə yanaşdı. Azərbaycanlı qardaşlarımız sonda “Yetər artıq!” deyərək əməliyyata başladılar. Şükürlər olsun ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən XIII Səfirlər konfransında çıxışı zamanı ifadə edib.

Hazırda Cənubi Qafqazda bərpa edilən sülhün Ermənistan üçün də bir fürsət olduğunu vurğulayan nazir, həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: