Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb - FOTOLAR
Azərbaycan Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.