Müdafiə Nazirliyi Xocavənddə aşkarlanan Ermənistana məxsus helikopter qalıqlarının videogörüntülərini yayıb - VİDEO

A- A A+

Müdafiə Nazirliyi Xocavənddə aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqlarının videogörüntülərini yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videogörüntüləri təqdim edir:

Qeyd edək ki, dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: