Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.
Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.
Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.