“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib - FOTOLAR

A- A A+

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: