XİN: Qardaş Türkiyədə ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik
Xarici İşlər Nazirliyi (XİN) dünən baş vermiş ağır yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter hesabında edilən paylaşımda bildirilib.
“Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Başımız sağolsun”,- deyə başsağlığında deyilir.