Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları növbəti mərhələdə Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.
Yarımfinal mərhələsi avqustun 24-də keçiriləcək.