Türkiyədə təhsilini bitirən azərbaycanlı hərbi qulluqçulara diplom və rütbələr təqdim olunub - FOTOLAR

A- A A+

Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma və Sahil Mühafizə Akademiyasının məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi, avqustun 22-də keçirilən mərasimə vitse-prezident Fuad Oktay, daxili işlər naziri Süleyman Soylu və digər vəzifəli şəxslər də qatılıblar.

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə 5 illik hərbi təhsilini müvəffəqiyyətlə bitirən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 3 hərbi qulluqçusuna leytenant hərbi rütbəsi verilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov tərəfindən diplomlar hərbi qulluqçularımıza təqdim edilib.

Rütbələrinin sevincini və qürurunu keçirən gənc zabitləri diplom və ilk hərbi leytenant rütbəsi almaları münasibətilə təbrik edən hərbi attaşe onlara Azərbaycanın gələcəyi, Silahlı Qüvvələrimizin inkişafı, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: