Türkiyə ordusunun inventarına daha üç ədəd “Bayraktar AKINCI” daxil edilib

A- A A+

Türkiyə Silahlı Qüvvələrinin inventarına daha üç ədəd “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) daxil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi tviter səhifəsində bildirib.

Məlumatda qeyd edilib ki, bununla da Türkiyə Hərbi Hava Qüvvələrində xidmət göstərən “Bayraktar AKINCI”ların sayı 12-yə yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: