MN: "Hərbi hissələrdə psixoloji işə dəstək fəaliyyətləri davam etdirilir" - FOTOLAR

A- A A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularının iştirakı ilə hərbi hissələrdə plana uyğun olaraq psixoloji işə dəstək tədbirləri həyata keçirilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup, eləcə də fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, ideoloji və psixoloji maarifləndirmə üzrə söhbətlər aparılıb.

Bundan əlavə şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və hərbi qulluqçulara xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: