Ərəb KİV-lərində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirin “Əl Əhram”, “Əl Fağr”, “Nəbd”, Birləşmiş Ərəb Əmirliklərinin “Emarat”, Livanın “Əl Nashra” qəzetlərində avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması haqqında materiallar dərc olunub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. Dövlət başçısı bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.