İran, Qazaxıstan və Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib - FOTOLAR
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, həmçinin Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti Bakı limanını tərk edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.