Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan bayrağının Laçın rayonunda ucaldılması barədə məlumatlar yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması haqqında xəbərlər əksini tapıb.
Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə etdiyi paylaşım xüsusi yer alıb. Dövlətimizin başçısının bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik etdiyi qeyd edilib.