Azad edilən ərazilərdə daha 309 mina aşkarlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 731 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: