XİN: Azərbaycan Qazaxıstan ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir

A- A A+

Azərbaycan Qazaxıstan ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi tviter səhifəsində Qazaxıstan ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə edilən paylaşımda qeyd olunub.

“Bu gün Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Qazaxıstan Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”, - deyə paylaşımda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: