“TurAz Qartalı - 2022” təlimində iştirak edəcək Türkiyə hərbçiləri və aviasiya vasitələri ölkəmizdədir - FOTOLAR
“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcək.