Müdafiə naziri Zakir Həsənov və Türkiyənin Baş Qərargah rəisi Yaşar Güler “ADEX” sərgisini ziyarət edib

A- A A+

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərini ziyarət ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlar stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 200-dən çox şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il sərgidə 8 ölkə milli stendləri ilə iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: