Ukraynalı ekspert: Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün dünya siyasətinin balansında dəyişiklik edilməlidir
Mövcud beynəlxalq münasibətlər sistemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkan vermir.
NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında ukraynalı siyasi ekspert Petro Oleşuk söyləyib.
Dağlıq Qarabağ probleminin həllinin asan olmadığını vurğulayan siyasi ekspert bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə şübhə edilən hər hansı variant qəbul edilə bilməz. Münaqişələr beynəlxalq hüququn prinsiplərinin tələbləri əsasında həll edilməlidir. Bu problemi Ukrayna da yaşayır.
P.Oleşuk hesab edir ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün dünya siyasətinin balansında dəyişiklik baş verməlidir.