Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Madriddə İspaniyanın xarici işlər, Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri naziri Xose Manuel Albareslə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi Xarici İşlər Nazirliyinin tviter səhifəsinə istinadla bildirir ki, görüş zamanı ADA Universiteti və İspaniyanın Xarici İşlər və Avropa İttifaqı ilə Əməkdaşlıq Nazirliyinin Diplomatiya Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares imzalayıblar.
Memorandum iki ölkə arasında təhsil və bilik mübadiləsi sahəsində əməkdaşlığa təkan verəcək.