MN: Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır

A- A A+

"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir".

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: