Aİ-nin Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırmaq barədə qərarı qüvvəyə minib

A- A A+

Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması barədə Avropa İttifaqı Şurasının qərarı sentyabrın 12-də qüvvəyə minib.

.NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bundan sonra Rusiya vətəndaşları vizanı rəsmiləşdirmək üçün 35 avro əvəzinə 80 avro rüsum ödəyəcək və bunun üçün daha çox sənəd toplamalı olacaq. Həmçinin konsulluqların viza müraciətləri ilə bağlı qərar vermə müddət 10 gündən 15 günə, bəzi hallarda isə 45 günə qədər artırılacaq. Bu qərarı yetərincə sərt hesab etməyən Avropa İttifaqının bir çox siyasətçiləri rusiyalı turistlərə viza verilməsinə tam qadağanın tətbiqinə çalışır.

Qeyd edək ki, sentyabrın 9-da Avropa İttifaqı Şurası RF ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması barədə qərar qəbul edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: