Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata geniş yer ayırıb - FOTOLAR

A- A A+

Ukraynanın nüfuzlu informasiya agentlikləri və xəbər portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətməsi barədə geniş məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “UNİAN”, “RBK-Ukrayna”, “Ukrinform”, “TSN.ua”, “Ukrayinskaya Pravda”, “Obozrevatel”, “Gazeta.ua” və digər informasiya agentliyi və xəbər portallarında yayılan məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatına dair məlumatları yer alıb.

Qeyd olunub ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin başlıca səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Məqalələrdə, həmçinin vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusu layiqli cavab verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: