Ukrayna XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

A- A A+

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Azərbaycan arasındakı gərginliyə münasibət bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü Oleq Nikolenko danışıb.

O, tərəfləri gərginliyin diplomatik və siyasi yolla həllinə çağırıb:

“Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir. Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - XİN sözçüsü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: