Türkiyə XİN rəhbəri Azərbaycana dəstək ifadə edib

A- A A+

“Ermənistan təxribatlarını davam etdirir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi.

Ermənistan hər fürsətdə mənfi mövqedə olduğunu ortaya qoyur. Ermənistan bilir ki, Azərbaycan olmadan rəsmi Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət getmir və getməyəcək. Türkiyə Azərbaycanın yanındadır”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: