Moldova mətbuatı: Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribat törədib

A- A A+

Moldovanın aparıcı xəbər portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətməsi barədə geniş məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Moldovanın “Noi”, “Point”, “Timpul”, “Realitatea”, “Rupor”, “Polıtık” və digər xəbər portallarında rumın və rus dillərinə dərc olunan məqalələrdə Ermənistanın təxribat əməlləri pislənilib. Məqalələrdə Azərbaycan Müdafiə, Xarici İşlər nazirliklərinin hadisə ilə bağlı bəyanatları, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun açıqlaması yer alıb.

Qeyd olunub ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin başlıca səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Məqalələrdə, həmçinin vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusu layiqli cavab verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: