İtaliya saytları Azərbaycan-Ermənistan sərhədindəki hərbi toqquşmalardan yazıb

A- A A+

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində artan gərginlik və hərbi toqquşmalar barədə məlumatlar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materiallarda Azərbaycanın Müdafiə Nazirliyinin məlumatlarına istinad edilərək sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiyi bildirilib. Yazılarda Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyi, nəticədə döyüş toqquşmasının baş verdiyi, hər iki tərəfdə də itkilərin olduğu qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: