Mövlud Çavuşoğlu: Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq

A- A A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mesajda deyilir: “Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.

Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: