Sumqayıtda 19 yaşlı şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir

A- A A+

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlunun nəşi ailəsinə təhvil verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, 19 yaşlı şəhidimiz nəşi yaşadığı ünvana - Sumqayıt şəhərindəki 42-ci məhəlləyə gətirilib.

Vida mərasimində şəhidimizin yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidimiz Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: