Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov çıxış edib.
O, Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verib.