KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi planlaşdırmır

A- A A+

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu brifinqdə KTMT-nin Baş qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

“İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil”, - o deyib.

Onun sözlərinə görə, təşkilat Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşacağına ümid edir.

Xatırladaq ki, daha əvvəl KTMT missiyasının Ermənistana sentyabrın 15-də gələcəyi bildirilirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: