Azərbaycan və Türkiyə prezidentlərinin Səmərqənd görüşü Türkiyə mediasının diqqət mərkəzində olub - FOTOLAR
Sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və DHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Global”, “TRT AVaz” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Takvim”, “Star” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları iki liderin qardaşcasına görüşlərinə dair informasiyalar, video və fotolar yayıblar.
Türkiyə mediası yazır ki, iki qardaş ölkənin liderləri bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində bir araya gəliblər.