Prezident: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması ölkəmizə olan hörmət və etimadın göstəricisidir

A- A A+

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bildirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə 2023-cü ilə qədər daha bir il uzadıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: