Livandakı Azərbaycan səfirliyinə qarşı təxribat törətmək istəyən ermənilərlə yerli polis arasında toqquşma baş verib - FOTOLAR

A- A A+

Livanın paytaxtı Beyrutda bu ölkənin erməni vətəndaşları Azərbaycan səfirliyinin önünə toplaşmaq və təxribat törətmək istəyərkən yerli polislə toqquşma baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi ölkəmizin Livandakı səfirliyinə istinadla xəbər verir ki, əvvəlcədən planlaşdırılmış və 1000-dən çox erməninin iştirak etdiyi təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş verib. Hazırda Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar edirlər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: