Naxçıvan Muxtar Respublikasında düşmənin pilotsuz uçuş aparatı zərərsizləşdirilib - FOTOLAR

A- A A+

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: