Aİ nümayəndəsi: Məqsədimiz Azərbaycanla Ermənistan arasında hərtərəfli və davamlı razılaşmaya nail olmaqdır

A- A A+

Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Görüşlərdə mürəkkəb və bəzən emosional fikir mübadilələri aparıldı. Hələ ki, bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz tviter hesabındakı paylaşımında qeyd edib.

“Son döyüşlər zamanı mülki şəxsləri hədəf alan cinayətlər və zorakılıqlar haqqında narahatedici hesabatlar var. Keçmişdə olan hallara da baxılmalıdır, lakin bu, heç bir halda əsas ola bilməz. İnsan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı bütün iddialar araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Avropa İttifaqı hələ də Azərbaycan və Ermənistanla ən yüksək səviyyədə işləməyə davam edir. Bizim məqsədimiz Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və firavanlığın təmin edilməsi üçün hərtərəfli, davamlı razılaşmaya nail olmaqda kömək göstərməkdir”, - deyə T.Klaar qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: