Azərbaycan Prezidentinin Ermənistanın təxribatçı hərəkətləri ilə bağlı Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasındakı çıxışları Gürcüstan mətbuatının diqqət mərkəzindədir - FOTOLAR
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar barədə, Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasındakı çıxışları və keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanın interpressnews.ge, kavkasia.net, 24news.ge, aktual.ge portallarında silsilə materiallar dərc edilib.
Azərbaycan, gürcü, ingilis və rus dillərində olan materiallarda oxuculara Azərbaycan Prezidentinin ədalətli mövqeyi, Ordumuzun Qələbəsi, eləcə də ŞƏT-dəki çıxışları barədə ətraflı məlumatlar çatdırılıb.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 27-ci Zirvə toplantısının genişləndirilmiş iclasında çıxışı zamanı bəzi beynəlxalq təşkilatların işinin səmərəsizliyindən danışıb. O, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə diqqət çəkib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın özü münaqişəni hərbi-siyasi vasitələrlə həll edənə qədər 27 il ərzində icra olunmayıb.
Dövlətimizin başçısının Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzərində işin ilkin şərt olmadan və süni ləngimələr olmadan aparılmalı olması barədə fikirləri xüsusi qeyd olunub.