Erməni radikallar Parisdə Azərbaycan səfirliyinə basqın ediblər

A- A A+

Erməni təxribatçıları Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin binasına basqın ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təxribatçılar tərəfindən səfirliyin binasına qarşı vandal aktı törədilib. Erməni radikallar Azərbaycan səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər: “Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: