Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının açılışı mərasimində iştirak edir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının açılış mərasimində iştirak edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər nazirliyinin tviter hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, BMT üzləşdiyimiz problemlərin həllinə kömək etmək üçün vacib platforma təmin edir.