Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən bildirilib.
"Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.