Prezident İlham Əliyevin Laçında Azərbaycan Bayrağını ucaltması Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTOLAR

191

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması Türkiyə kütləvi informasiya vasitələri tərəfindən günün aktual mövzusu olaraq geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Takvim”, “Star” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları Azərbaycanın dövlət başçısının Laçın səfərinin təfərrüatlarını geniş şəkildə Türkiyə ictimaiyyətinə təqdim edib.

Orijinal video və fotolarla yayılan xəbərlərdə diqqətə çatdırılır: “Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə işğalçı Ermənistana xəbərdarlıq edib ki, heç bir revanş cəhdlərinin faydası yoxdur”.

Müxtəlif sərlövhələrlə yayılan informasiyalarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və ondan sonrakı proseslərə müraciət olunub. Həmçinin Prezident İlham Əliyevin Laçın şəhərindən verdiyi mesajların siyasi mahiyyəti analiz edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: