Azərbaycan və Venesuelanın XİN başçıları qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər

A- A A+

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ceyhun Bayramov rəsmi tviter hesabında paylaşım edib.

Görüşdə Azərbaycan-Venesuela münasibətləri, əməkdaşlıq və onların perspektivləri müzakirə edilib.

Xarici işlər nazirlərinin görüşündə, həmçinin digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: