Moldova mətbuatı Prezident İlham Əliyevin Laçın şəhərinə səfərinə geniş yer ayırıb - FOTOLAR

A- A A+

Moldovanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin erməni işğalından azad edilmiş Laçın şəhərinə səfəri ilə bağlı materiallara geniş yer ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Moldovanın “NOİ”, “Tribuna”, “Rupor”, “Dosarmedia”, “Realitatea” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Laçın şəhərində söylədiyi nitqdə Ermənistan barədə fikirləri yer alıb.

Məqalələrdə Prezident İlham Əliyevin çıxışına istinadla qeyd edilir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Ermənistan isə sözdə onları qəbul edib, əməldə isə heç nə etmir, yenə də vaxt uzatma taktikası seçib. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Onlar Qarabağdan hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu da müəyyən olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: