Azərbaycan və Macarıstan XİN başçıları görüşüb

A- A A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanla Macarıstan arasında dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: