XİN: ABŞ-ın Ermənistandakı səfirliyini həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə çağırırıq

208

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin sentyabrın 23-də ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi ABŞ-ın Ermənistandakı səfirliyinin sentyabrın 23-dəki açıqlamasını şərh edərkən bildirib.

“ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə, Ermənistanın xeyrinə olan birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq.

Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meyilli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur.

Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır”, - deyə qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: