Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.
“27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik”,-deyə paylaşımda qeyd olunub.