Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar rəsmi tviter hesabında paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi paylaşımı təqdim edir: “27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.
Qarabağ Azərbaycandır!”.