Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

A- A A+

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: